Furnye MBA-da mövsümün bərpasına inanmır

7 Aprel, 13:27 Sosial mediada paylaşın:
“Orlando Mecik”in müdafiəçisi Evan Furnye MBA-da mövsümün bərpa ediləcəyinə inanmadığını söyləyib.
Avropa mətbuatına açıqlama verən fransalı müdafiəçi indiki vəziyyətdə nəticələrin ləğv edilməsini daha məqbul sayır: “Sizin bu haqda nə fikirləşdiyinizi deyə bilmərəm, amma mən mövsümün bərpa olunacağına inanmıram. İndi daha çox iyun ayı müzakirə olunur. Amma unudurlar ki, basketbolçuların özünə gəlib forma yığması üçün bir ay vaxt gərəkdir. Pandemiyadan sonra biz hazırlıq keçmədən dərhal meydana axışsaq, oyunçular bir-bir zədələnib sıradan çıxacaq. Həm də nəzərə alın ki, biz hələ müntəzəm çempionatı başa vurmamışıq”.
Yeri gəlmişkən, bu günlərdə ABŞ prezidenti Donald Tramp azarkeşlərin avqust və sentyabr aylarında artıq arenalara buraxıla biləcəyini söyləyib.

CANLI YAYIM