Formula 1 payızda start götürəcək?

7 Aprel, 13:40 Sosial mediada paylaşın:
Toto Volff yaxın aylarda Formula 1 yarışlarının başlanacağına inanmadığını söyləyib.
Düzdür, “Mersedes” komandasının rəhbəri iyun ayında Kanada və ya iyulda Böyük Britaniya Qran-prisi ilə çempionata start verilmə ehtimalından da söz açıb. Ancaq onun sözlərinə görə, indiki məqamda yarışı payız fəslindən tez başlamaq mümkün olmayacaq. Xatırladaq ki, artıq Formula 1 rəhbərliyi koronavirusa görə 8 Qran-prinin təxirə salındığını və ya ləğv olunduğunu açıqlayıb.
Bəli, hazırda Formula 1-də elə vəziyyət yaranıb ki, nəinki Qran-prilər hətta komandaların işçiləri də ixtisara düşür. Düzdür, hələ ki, buna görə kimlərsə işdən çıxarılmayıb. Amma bəzi komandalar artıq əməkdaşlarını məcburən məzuniyyətə göndərir. “Maklaren” və “Vilyams”dan sonra “Reysinq Point”də belə bir addım atıb. Bununla yanaşı, bu komandanın pilotlarının da məvacibi azaldılıb.

CANLI YAYIM