Fyodor hazırlaşır, Həbibin isə əvəzedicisi tapıldı

7 Aprel, 13:46 Sosial mediada paylaşın:
Fyodor Yemelyanenko oktaqona qayıdacağı vaxtı açıqlayıb.
43 yaşlı döyüşçü Rusiya mətbuatına açıqlamasında payız fəslində azarkeşlər önünə çıxacağını söyləyib: “Növbəti döyüşüm payıza – təxminən sentyabr və oktyabr aylarına planlaşdırılıb. Görüşün yeri hələ bəlli olmasa da, Böyük Britaniya və ABŞ variantları daha real görünür. Artıq komandam məşq prosesinə ciddi hazırlaşır. Kislovodskdakı bazamız hazır vəziyyətə gətirilir. Hətta onlar koronavirus testindən də keçib”.
Yeri gəlmişkən, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun imtinasından sonra UFC Toni Ferqyusonla döyüşü ləğv etmək əvəzinə amerikalı idmançıya yeni bir rəqib tapıb. Beləliklə də, aprelin 18-nə planlaşdırılan döyüşdə Nurməhəmmədovu Castin Qetji əvəzləyəcək. Amma UFC-nin rəhbəri görüşün harada və hansı şəraitdə keçiriləcəyi haqda heç bir məlumat verməyib.
 

CANLI YAYIM