Peşiç Kukoçun Şərəf Zalına daxil edilməməsinə görə narahatdır

8 Aprel, 12:52 Sosial mediada paylaşın:
“Barselona”nın baş məşqçisi Svetislav Peşiç Toni Kukoçun adının Şərəf Zalına daxil edilmədiyini anlaya bilmədiyini söyləyib.
Serbiyalı mütəxəssisin fikrincə, 3 dəfə MBA və 3 dəfə də Avroliqa çempionu olan xorvatiyalı basketbolçunun bu şərəfə layiq görülməməsi ədalətsizlikdir: “Bu günə qədər Şərəf Zalına daxil olanların hamısına hörmətlə yanaşmışam. Amma Kukoçun adının bu siyahıya düşməməsinin səbəbini hələ də anlaya bilmirəm. Fikrimcə, onu sevməyən basketbol həvəskarı yoxdur. Ümumiyyətlə, Tonini sevməmək mümkün deyil. Bu təkcə mənim yox, bütün basketbol mütəxəssislərinin fikridir. Bilmirəm, Kukoçun orada olmamasına gülək, yoxsa ağlayaq. Görünür, yalnız lobbi şəklində faəliyyət göstərməklə bu dünyada nəyəsə nail olmaq mümkündür. Kukoç isə bu kateqoriyaya aid deyil”.

CANLI YAYIM