FİBA Avropa çempionatının vaxtını dəyişdirəcək

8 Aprel, 13:10 Sosial mediada paylaşın:
Sabah FİBA basketbol üzrə həm kişi, həm də qadınlar arasında gələn ilki Avropa çempionatlarının tarixini açıqlayacaq.
Məsələ ondadır ki, Tokio olimpiadası 2021-ci ilə təxirə salındığından həmin mövsümdə keçiriləsi qitə birinciliyi baş tutmayacaq. Ona görə ki, bir ildə iki böyük turnirin təşkil olunması mümkünsayılmır.
Bununla yanaşı Beynəlxalq Basketbol Federasiyası bu il keçirilməli olan olimpiya təsnifat turnirinin nə vaxta təxirə salınması ilə bağlı qərarını da açıqlayacaq.

CANLI YAYIM