Marko Avstriyada ardıcıl 2 Qran-prinin keçirilə biləcəyini söyləyib

8 Aprel, 13:15 Sosial mediada paylaşın:
“Red Bull”un məsləhətçisi Helmut Marko Formula 1 çempionatına iyun ayında Avstriya Qran-prisi ilə start veriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, Avropa mətbuatının məlumatına görə, Şpillberq trasında ardıcıl 2 Qran-pri keçirilə bilər. Hər halda, “Red Bull” da Avstriya komandasıdır və onun əməkdaşı Helmut Marko indiki məqamda, şübhəsiz ki, indiki vəziyyətdə bəzi məqamları daha yaxşı bilir: “Bəli, belə bir variant müzakirə olunur. Çünki bizim hazır yarış kompleksimiz var. Lazım gələrsə, ardıcıl 2 Qran-pri təşkil edə bilərik. “Red Bull Rinq”in üstünlüyü ondadır ki, təşkilati məsələləri bir gecəyə həll etməyə qadirdir. Amma indi“Liberti Media” ilə danışıqlardan və nəzərdə tutulan vaxt Avropada vəziyyətin necə olacağından çox şey asılıdır”.

CANLI YAYIM