MXL-in oyunçuları Pekin Olimpiadasında olmayacaq?

9 Aprel, 13:21 Sosial mediada paylaşın:
2022-сi il Pekin Qış Olimpiya Oyunlarında MXL-in xokkeyçiləri iştirak etməyə bilər.
Məsələ ondadır ki, liqa rəhbərliyi oyunçularını 2018-ci ildə Pxençxanda keçirilən olimpiadaya getməsinə də icazə verməmişdi. Görünür, koronavirusun Çindən qaynaqlanmasına və indiki mövsümün yarımçıq qalmasına görə Pekin olimpiadasında da dünyanın ən güclü xokkeyçilərini izləyə bilməyəcəyik.
Lakin MXL-in adı göstərilməyən funksionerlərindən biri mətbuata açıqlamasında bu məsələnin gündəmdə olmadığını söyləyib.

CANLI YAYIM