Şahmat üzrə Millətlər Liqası keçiriləcək

22 Aprel, 13:32 Sosial mediada paylaşın:
Pandemiya demək olar, bütün idman növləri üzrə yarışların ləğvinə səbəb olub. Amma bu sözləri şahmata aid etmək olmaz. Düzdür, Yekaterenburqda iddiaçıların turniri yarımçıq dayandırıldı. Lakin istənilən halda, son vaxtlar şahmatçıların internet vasitəsi ilə onlayn yarışları göstərir ki, bu idman növündə yeni üslub, yeni dəb yaranmaqdadır. Dünya empionu Maqnus Karlsenin təçəbbüsü iləazırda keçirilən turnirdən sonra may ayında daha bir mötəbər onlayn yarış gözlənilir.
Söhbət yeni yaradılan Millətlər Liqasından gedir. Şahmatsevərlər arasında populyar sayılan chess.com portalında yeni yarışda Rusiya, ABŞ, Avropa, Hindistan, Çin və dünya yığmaları mübarizə aparacaq. Turnir mayın 5-də başlanacaq və 5 gün davam edəcək. FİDE-nin prezidenti Arkadi Dvorkoviç mətbuata açıqlamasında deyib: “Bu şahmat dünyasını birləşdirən yüksək səviyyəli bir turnir olacaq. Təbii ki, belə bir yarışın onlayn qaydada keçirilməsi bir qədər üzücü məqamdır. Amma azarkeşlər də məcburən evdə qaldığı şəraitdə bu turniri izləməklə bir növ təskinlik tapacaq. Ən güclü qrossmeysterlərin yarışını izləmək şahmat həvəskarlarının ürəyincə olacaq”
Reqlamentinə gəlincə, hər komandanın heyətində 4 şahmatçı çıxış edəcək.Onlar ikidövrəli sistem üzrə mübarizə aparacaq və sonda ən yaxşı nəticə göstərən iki komanda superfinalda üz-üzə gələcək. İştirakçılara hər gedişə 10 saniyə əlavə edilməklə 25 dəqiqə vaxt veriləcək. Mükafat fondu 180 min dollar olacaq.

CANLI YAYIM