Fyuri ilə Coşua 2021-ci ilin əvvəlində üz-üzə gələ bilər

25 Aprel, 13:01 Sosial mediada paylaşın:
Boks həvəskarları Entoni Coşua ilə Tayson Fyuri arasındakı döyüşü səbirsizliklə gözləyir. Halbuki bir müddət əvvəl Coşuanın Deontey Vaylderlə nəzərdə tutulan görüşü geniş müzakirə mövzusuna çevrilmişdi. Amma Deonteyin Fyuriyə uduzması vəziyyəti dəyişdi...
Coşua – Fyuri qarşıdurması bu ilin sonunda keçirilə bilərdi. Amma koronavirusa görə bütün yarışların ləğv edilməsi təşkilatçıların planlarını pozdu. Bu ilin iyununda Entoni Coşua ilə Kubrat Pulev arasında döyüş də gözlənilirdi. Amma pandemiya bu görüşün də keçirilməsinə imkan vermədi. Həmin görüş olmasa Coşua-Fyuri qarşıılaşması da baş tutmayacaq.
Xatırladaq ki, fevral ayında Tayson Fyuri Deontey Vaylderi məğlub edərək WBC çempionu tituluna yiyələnmişdi. Coşua isə Endi Ruisə qalib gələrək kəmərlərini geri qaytarmışdı. İBF kəmərini qazanmaq üçün isə Çoşua hələ bolqarıstanlı Kubrat Pulevlə qarşılaşmalıdır. Bəs Coşua ilə Fyuri münasibətlərinə nə vaxt aydınlıq gətirə bilər? Mətbuata açıqlama verən proumoter Eddi Hirn bunları söyləyib: “Coşua ilə Fyurinin 2021-ci ilin əvvəlində üz-üzə gəlmək ehtimalı 95 faizə bərabərdir. Ümumiyyətlə, Entoni ilə əməkdaşlıq mənim üçün çox münasibdir. İşlədiyim digər boksçular mənə problem yaradırdılar. Ancaq Çoşua istənilən rəqiblə döyüşməyə hazırdır.O, bütün kəmərlərin sahibi olmaq üçün Taysonla qarşılaşmağa razıdır. Amma onu da qeyd edim ki, Fyuri də heç kimdən qorxmur. Özü də yaxşı bilir ki, Coşuanı məğlub etdikdən sonra boks dünyasında görkəmli simaya çevriləcək. Hər halda boksçular bu il də üz-üzə gələ bilər. Amma bu variantla bağlı imkanlar 50/50-yədir. Görüşün 2021-ci ildə baş tutma ehtimalı isə 95 faizə bərabərdir”.

CANLI YAYIM