Maqnus Karlsen onlayn turnirin qalibi olub

4 May, 11:24 Sosial mediada paylaşın:
Dünyanın ən güclü qrossmeysterlərinin internet üzərindən onlayn beynəlxalq turniri  başa çatıb. Yarışda sensasiya baş verməyib. Hazırda  1 nömrəli şahmatçı sayılan norveçli Maqnus Karlsen ehtimalları doğruldub.
Şahmatçıların “İnvayteyşənəl” onlayn turnirinin finalında dünya çempionu Maqnus Karlsen Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Hikaru Nakamura ilə qarşılaşıb. Xatırladaq ki, norveçli qrossmeyster yarımfinalda Çin şahmatçısı Din Lijeni, Hikaru Nakamura isə həmvətəni Fabiano Karuananı məğlub etmişdi. Həlledici mübarizəyə daha yaxşı başlayan Maqnus Karlsen ilk görüşdə qalib gəlib. Amma 2-ci oyunda Nakamura hesabı bərabərləşdirib. Bundan sonra yenidən təşəbbüsü ələ alan dünya çempionu 3-cü görüşdə irəli çıxa bilib. 4-cü matç isə sülhlə bitib. Beləliklə, ümumən 2,5:1,5 hesabı ilə qələbə qazanan Maqnus Karlsen ilk dəfə təşkil olunan onlayn turniri 1-ci yerdə başa vurub. O, yarışın qalibi kimi 70 min dollar pul mükafatına layiq görülüb.

CANLI YAYIM