Avroliqada son 10 ilin ən yaxşı basketbolçuları müəyyənləşib

13 May, 11:25 Sosial mediada paylaşın:
Avroliqa son 10 illiyin ən yaxşı oyunçularını müəyyənləşdirib.
Bir neçə gün əvvəl adı ictiamiyyətə elan edilən 9 basketbolçuya “Olimpiakos”un oyun qurucusu Vassilis Spanulis dı əlavə edilib. Pirey klubunun heyətində son 10 ildə iki dəfə Avroliqanın qalibi olan təcrübəli müdafiəçi bu müddət ərzində 6 dəfə yarışın rəmzi heyətinə də daxil edilib.
Xatırladaq ki, Spanulisə qədər Serxio Lyull, Nando De Kolo, Karl Hayns, Luka Donçiç, Miloş Teodosiç, Georgios Printezis, Boqdan Boqdanoviç, Xuan Karlos Navarro və Dimitris Diamantidisin adı bu siyahıya salınıb.

CANLI YAYIM