"Ximki" rəhbərliyi Avroliqada mövsümün bərpasına inanmır

13 May, 11:28 Sosial mediada paylaşın:
Moskva vilayətinin  “Ximki” basketbol klubu Avroliqada mövsümün bərpa ediləcəyinə inanmır. 
Komandanın baş direktoru Pavel Astaxov Rusiya mətbuatına açıqlamasında liqa rəhbərliyi ilə müntəzəm  əlaqə saxladıqlarını söyləyib. Amma klub funksioneri bildirib ki, sərhədlər bağlı olduğuna  görə çempionatı bərpa etmək  mümkün deyil. Astaxovun fikrincə, hazırda Amerikada olan basketbolçular da Avropa klublarının düşərgələrinə qayıtmaqda çətinlik çəkəcək. Xatırladaq ki, Avroliqa rəhbərliyi mayın 24-də mövsümün bərpası ilə bağlı yekun qərarını açıqlayacaq.

CANLI YAYIM