İtaliya klubları müqavilələrə virusla bağlı yeni bənd salacaq

15 May, 11:11 Sosial mediada paylaşın:
İtaliya basketbol klubları növbəti mövsümdən müqavilələrə COVİD 19-la bağlı yeni bənd sala bilər.
Ölkə mətbuatının məlumatına görə, məvacib məsələsində klublarla  oyunçular arasında problem olmasın deyə  belə bir yenilik zəruridir.  Düzdür, ideya ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.Lakin  yaxın günlərdə liqanın iclasında bu məqam  müzakirəyə çıxarılacaq. 
Xatırladaq ki, koronavirus pandemiyasına görə İtaliya çempionatı birdəfəlik dayandırılıb və çempion elan edilməyib.

CANLI YAYIM