Rikkardonun "Maklaren"dəki məvacibi məlum olub

16 May, 12:25 Sosial mediada paylaşın:
Daniel Rikkardonun “Maklaren”lə imzaladığı müqavilənin təfərrüatı məlum olub.
Britaniyanın “Daily Mail” nəşri yazır ki, avstraliyalı pilot yeni komandası ilə 2 illik müqavilə imzalayıb və bu müddət ərzində ona 31 milyon funt sterlinq əməkhaqqı veriləcək. Beləliklə, Rikkardo növbəti mövsüm Formula 1-də ən çox məvacib alan pilotlardan olacaq. O, “Reno”da çıxış edərkən 18 milyon avro qazanırdı. Maraqlıdır ki, 2020-ci ilin hesabatına əsasən yalnız Lüis Hemiltonla Sebastyan Fettel Rikkardodan çox qazanır.
Xatırladaq ki, Karlos Saynsın “Ferrari”yə keçidindən sonra Daniel Rikkardo “Maklaren”də çıxış etməyə razılıq verib.

CANLI YAYIM