Silverstounda iki yarışın keçiriləcəyi təsdiqlənib

16 May, 12:31 Sosial mediada paylaşın:
Bu il Silverstoun trassında 2 Qran-pri təşkil edəcək.
İngiltərə mətbuatının məlumatına görə, artıq Formula 1 rəhbərliyi və yarışın təşkilat komitəsi arasında məsələ ilə bağlı prinsipial razılıq əldə edilib. Böyük Britaniya Qran-prisinin təşkilat komitəsinin icraçı direktoru Stüart Prinql da faktı təsdiqləyib.
Amma o, indiki məqamda ilk növbədə insanların sağlamlığını düşünməli olduqlarını bildirərək bu 2 yarışın keçirilmə tarixi haqda heç bir məlumat verməyib.
 

CANLI YAYIM