İyul ayının tennis turnirləri ləğv edilib

16 May, 12:39 Sosial mediada paylaşın:
ATP və WTA iyula planlaşdırılan turnirləri keçirilməyəcək. Belə ki, hələ pandemiyadan əvvəl bu ayda Bostad, Lozanna, Buxarest və Yurmalada ATP-nin, Hamburq, Nyu-Port, Los Kabose, Qştad, Umaq, Atlanta və Kitsbyueldə isə WTA turnirlərinin təşkili nəzərdə tutulurdu. Maraqlıldır ki, kişilər arasında Karlsrue və Palermo yarışları hələlik ləğv edilməyib. ATP onlara dair yekun qərarınıgələn ay bildirəcək.Bu iki turnirin başqa vaxta təxirə salınacağı istisna olunmur. İyun ayında həmçinin avqusta planlaşdırılan turnirlərin taleyi həll ediləcək.
Yeri gəlmişkən, “US-Open” turnirinin rəhbərliyi yarışı başqa şəhərdə keçirmək istəmir. ABŞ Tennis Assosasiyasının mətbuat rəhbəri Kris Vidmayer bildirib ki, çempionatı planlaşdırdıqları kimi avqust-sentyabr aylarında Nyu-Yorklda təşkil edəcəklərinə ümid bəsləyir. O, həmçinin turniri təxirə salmaq haqqında düşünmədiklərini də söyləyib. Amma Vidmayer hər bir vəziyyətə hazır olduqlarını və möbcud şəraitə uyğun qərar qəbul edəcəklərini deyib. Xatırladaq ki, bir müddət əvvəl ABŞ mətbuatı “US Open”in Orlando və İndian-Uellsdə keçirilə biləcəyi ilə bağlı məlumat yaymışdı.
Qoran İvanişeviç və Konçita Martines də bu il tennisin şərəf zalına daxil edilməyəcək. Səbəbi odur ki, mərasim təxirə salınıb. Adətən ötən dövrün məşhur raketka ustalarının adı hər il Nyuportda keçirilən turnirdə tennis tarixinin şanlı kitabına daxil edilirdi. Amma pandemiyaya görə bu il yarışın keçirilməyəcəyi təşkilatçıların planlarını da pozub. Xatırladaq ki, İvanişeviç və Martines vaxtı ilə reytinq cədvəlində ikinci pilləni tutublar. Həm xorvatiyalı, həm də isveçrəli sabiq tennisçi qərarın doğru olduğunu söyləyərək, mərasimin ləğvini özləri üçün problemə çevirmədiklərini bildiriblər.

CANLI YAYIM