"Barselona"nın basketbolçusu karantindən sonrakı yorğunluqdan şikayətləndi

18 May, 11:30 Sosial mediada paylaşın:
“Barselona”nın forvardı Pierre Oriola məşqləri bərpa etdikdən sonra basketbolçuların çətinlik çəkdiyini söyləyib.
O, topu 5 dəfə səbətə atdıqdan sonra yorulduğunu etiraf edib: “Biz iki ay heç bir işlə məşğul olmadıq. Evdə oturduqdan sonra birdən-birə məşqə başlamaq çox çətindir. Özümü karyerasını bitirən basketbolçu kimi hiss edirdim. Məşqdə qaçmaq və topu səbətə yönəltmək mənim üçün problemə çevrildi. Hətta atışlarımdan birinin dəqiq olması məni təəccübləndirdi. Doğrusu, topu 5 dəfə səbətə atdıqdan sonra yoruldum”.

CANLI YAYIM