Karri azarkeşsiz çempionatı mənasız sayır

18 May, 11:34 Sosial mediada paylaşın:
“Qolden Steyt”in oyun qurucusu Stefen Karri MBA-da mövsümün bərpası ilə bağlı fikirlərini bölüşüb.
Məşhur basketbolçu boş tribunalar arasında oyunların maraqsız olduğunu söyləyib: “Azarkeşsiz çempionat çox mənasız bir yarışa çevriləcək. Tribunalar dolu olanda sən tam fərqli səviyyədə oynayırsan. Amma belə vəziyyətdə basketbol oynamağın başqa xüsusiyyətləri də olacaaq. Bizim belə çətin şəraitdə çıxışımız basketbol həvəskarlarını bu oyuna daha möhkəm bağlayacaq”.
Xatırladaq ki, MBA-da mövsüm “Yuta”nın fransalı basketbolçusu Rudi Qoberin martın 11-də koronavirusa yoluxması nəticəsində yarımçıq dayandırılmışdı.

CANLI YAYIM