"Sabah" Ramil Şeydayevə yeni müqavilə təklif edəcək

18 May, 11:40 Sosial mediada paylaşın:
Qış fasiləsində Moskva «Dinamo»sundan ayrılan Ramil Şeydayevin yeni mövsümə də Azərbaycanda başlamaq ehtimalı var.
Yeni mövsümdə qarşısına böyük məqsədlər qoyan «Sabah» rəhbərliyi ona yeni müqavilə təklif etməyə hazırlaşır. Altı aylıq müqaviləsi yayda bitəcək hücumçunun bu təklifə müsbət yanaşdığı bildirilir. Millimizin üzvü ilə Avropanın bir sıra klublarının maraqlandığı barədə xəbərlər dolaşsa da, hələlik hücumçuya rəsmi bir təklif gəlməyib. Odur ki, Ramilin daha 1 il Premyer Liqada çıxış etməsi istisna deyil.

CANLI YAYIM