Almaniyanın basketbol çempionatı bərpa edilir

19 May, 11:17 Sosial mediada paylaşın:
Yaxın günlərdə basketbol üzrə Almaniya çempionatı bərpa ediləcək.
Ölkə telekanallarının məlumatına görə, klubların bütün üzvləri bunun üçün gigiyena qaydalarına ciddi əməl etməli olacaqlar. Çempionatda iştirak edən 10 komanda 2 qrupa bölünəcək və onlar iyunun 30-a qədər yarışı başa çatdıraçaq.Tribunalara azarkeşlər və dəstək qrupları buraxılmayacaq. Basketbolçular isə həftə ərzində iki dəfə koronavirus testindən keçəcək. Yarış iştirakçıları otellərdə bir otaqlı nömrələrdə qalacaq. Onlara ailələri və dostları ilə görüşməyə icazə verilməyəcək. Üstəlik jurnalistlər də oyundan sonra oyunçulardan müsanibə ala bilməyəcək.

CANLI YAYIM