"Keşlə" Sezar Meza Kollini saxlamaq istəyir

21 May, 11:05 Sosial mediada paylaşın:
“Keşlə”də icarə əsasında çıxış edən Sezar Meza Kolli komandada qala bilər.
Müqavilə ilə Rumıniyanın Krayova “Universitatya”sına məxsus olan 29 yaşlı hücumameyilli oyunçuya yeni müqavilə də təklif edilib. Onun Rumıniya klubu ilə sözləşmə müddəti gələn ilin yayına qədərdir. “Keşlə” rəhbərliyi də futbolçunun “Universitatya”dan transfer vərəqəsini özünün almasını istəyir. Karyerasını Azərbaycanda davam etdirmək istəyən futbolçu Azərbaycan vətəndaşlığı almağa hazırlaşır. Məhz bu səbəbdən o mövsümün sonunda Rumıniya təmsuilçisi ilə müqaviləsini ləğv etmək üçün danıçşıqlar aparacaq.
Qeyd edək ki, 2013-cü ildən Azərbaycan çempionatında oynayan Sezar Meza Kolli “Universitatya”da yarım mövsüm çıxış edib.

CANLI YAYIM