Ruslan Qurbanova 4 ölkədən təklif var

21 May, 11:11 Sosial mediada paylaşın:
“Keşlə” klubunun digər üzvü milli komandamızın oyunçusu Ruslan Qurbanov isə Azərbaycanda qalmaq istəmir.
Mayın 31-də hazırkı klubu ilə müqaviləsi başa çatacaq hücumçu Qazaxıstan, Rusiya, Belarus və Türkiyə klublarında təklif aldığını bildirib. Hazırda menecerinin həmin klublarla danışıqlar apardığını deyən Ruslan Qurbanov böyük ehtimalla karyeyasını ölkəmizdən kənarda davam etdirəcəyini açıqlayıb. Qeyd edək ki, Ruslan Qurbanov ötən ildən “Keşlə”nin formasını geyinir.

CANLI YAYIM