Avropada diqqət çəkən son transfer xəbərləri

22 May, 11:49 Sosial mediada paylaşın:
“Barselona” nəhayət Mark Andre Ter Ştegenlə razılığa gəlib. Kataloniya klubu almaniyalı qolkiperlə müqavilənin müddətini 2025-ci ilə kimi artıracaq. Xatırladaq ki,  Ter Ştegenlə klub arasında maaş söhbətinə görə fikir ayrılığı yaranmışdı.
“Barselona”ın müdafiəçisi Samuel Umtiti isə karyerasınlı İtaliyada davam etdirə bilər.  Bu mövsüm zədə səbəbindən komandasından ayrı qalan fransalı müdafiəçi “İnter”in hədəfindədir. Milan klubu Umtitini icarıyə götürmək istəyir.
Yeri gəlmişkən, “İnter” və “Real”ın  Serxio Aqueronun meneceri ilə danişıq apardığına dair xəbərlər yayılıb. Bu haqda Britaniya mediasında  informasiya verilub. Amma “Mançester Siti” argentinalı hücümçunu komandada saxlayacağını bəyan edib.
“Real”ın serbiyalı hücümçusu Luka Yoviçin “Milan”ın maraq dairəsindədir. “Rossionerlilər” fovardı 2 illik icarəyə götürmək niyyətindədir. Amma Yoviçin “Real”da ilinə 5 milyon avro maaş alması və bu məvacibin “Milan” üçün böyük olması keçidin reallaşmasına mane ola bilər. Xatırladaq ki, ötən il 60 milyon avroya “Ayntraxt”dan transfer edilən Yoviçin Madrid klubu ilə müqaviləsi 2025-ci ilə kimidir.

CANLI YAYIM