Deron Vilyams Cerri Slounun ölümünə görə məyusdur

23 May, 12:16 Sosial mediada paylaşın:
“Yuta Cazz” klubunun əfsanəvi məşqçisi Cerri Sloun78 yaşında vəfat edib. Vaxtilə “Çikaqo bullz”un heyətində çıxış veteran basketbolçu uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkirdi...
23 il “Yuta”ya rəhbərlik edən Cerri Sloun dünən 78 yaşında dünyadan köçüb. 2016-cı ildən Parkinson xəstəliyindən əziyyət çəkən mütəxəssis MBA tarixinin ən məşhur məşqçilərindən biri kimi tanınıb. O, 1988-2011-ci illərdə “Yuta”nın sükanı arxasında olub. 1997 və 1998-ci illərdə Solt-Leyk-Siti basketbolçularını MBA finalına çıxara bilmişdi. Amma hər iki halda komanda “Çikaqo bullz”a uduzaraq ikinci yerlə kifayətlənmişdi. Slounun başçılığı altında “Yuta” 1223 qələbə qazanıb və dövründə 20 dəfə pley-off mərhələsinə çıxıb.Cerrinin oyunçu karyerasına gəlincə, “Çikaqo bullz”un üzvü kimi o, 1967 və 1969-cu illərdə “All Star” matçında meydana çıxıb. Maraqlıdır ki,“Çikaqo” klubunun tarixində ilk dəfə 1978-ci ildə məhz Slounun nömrəsi əbədiləşdirilmişdi. 2009-cu ildə isə onun adı basketbolun Şərəf Zalına daxil edilib.
Yeri gəlmişkən, “Yuta”da Con Stokton və Karl Meloun kimi dahi basketbolçularla bir yerdə işləyən məşqçi 2011-ci ildə Deron Vilyamsla münaqişəyə görə komandanı tərk etmişdi. Amma 7 il sonra tərəflər barışmışdı. Cerri Slounun ölümündən sonra Amerika mətbuatına ilk açıqlamanı elə Vilyams verib: “Bu xəbəri eşidəndə sarsıldım. “Yuta”da Cerri ilə münasibətlərim korlandığına görə üzgün idim. Nə yaxşı ki, sonradan biz barışdıq. Yoxsa ömrümün sonuna qədər özümü bağışlaya bilməzdim. 5 il yarım onun başçılığı altında “Yuta”da oynadığıma görə xoşbəxtəm. Meydana çıxdığım bütün oyunlarda Slounun dəstəyini hiss edirdim”.

CANLI YAYIM