Portuqaliya çempionatının bərpa tarixi açıqlanıb

23 May, 14:05 Sosial mediada paylaşın:
Portuqaliya çempionatının indiki mövsümünün bərpa tarixi açıqlanıb. Yarışın rəsmi saytının məlumatına görə Portuqaliya çempionatı iyunun 3-də başlanacaq. Artıq 33-cü tura qədər görüşlərin cədvəlini də yayımlanıb. İyunun 3-də başlanası 25-ci turun ilk oyun günündə "Portimonensi" komandası "Jil Visente" ilə, "Famalikan" futbolçuları "Portu" kollektivilə qarşılaşacaq. Xatırladaq ki, Portuqaliya çempionatında mövsüm koronavirus pandemiyasına görə martın ortalarında dayandırılıb. Hazırda yarışa 60 xalla "Portu” başçılıq edir.
Meksika Liqasında 2019/2020-ci illər mövsümü bəşəri bəlaya görə ləğv olunub. Bu barədə liqanın rəsmi saytında xəbər yayılıb. Məlumatda çempionun elan edilməyəcəyi də vurğulanıb. Liqanın ilk iki pilləsində qərarlaşan "Krus Asul" və "Leon" klubları növbəti mövsüm CONCACAF Çempionlar Liqasında iştirak etməlidir.

CANLI YAYIM