Ayzea Tomas Maykl Cordanı özünə rəqib saymır

25 May, 11:49 Sosial mediada paylaşın:
“Detroyt”un heyətində 2 dəfə MBA çempionu olan Ayzea Tomas bu fikirdədir ki, Maykl Cordanın onun üçün ciddi rəqib sayıla bilməz.
O, iddiasını statistik göstəricilərlə sübut etməyə çalışıb: “Maykl Cordan mənim rəqibim olmayıb. Rəqəmlər hər şeyi dəqiqliklə göstərir. O vaxt mənim əsas rəqiblərim Mecik Consonla Lerri Börd idi. “Detroyt”un başlıca məqsədi həmişə“Boston”u geridə qoyub “Leykers”lə yarışmaq olub. 1984-cü ildən 1990-cı ilə qədər“Çikaqo” bizimlə qətiyyən bacarmırdı”.
 Xatırladaq ki, Tomasın şərəfini qorduğu “Detroyt” Cordanın çıxış etdiyi “Çikaqo”nu 3 dəfə mübarizədən kənarlaşdırmışdı. Yalnız 1991-ci ildə “Bulls”“Pistons”un öhdəsindən gələ bilmişdi.

CANLI YAYIM