İspaniya çempionatı 15 gün ərzində yekunlaşa bilər

25 May, 11:57 Sosial mediada paylaşın:
Basketbol üzrə İspaniya çempionatı iyunun 15-i və ya 17-də bərpa edilə bilər.
İspaniya mətbuatı yazır ki, hər şey plan əsasında getsə, çempionat elə iyunun 30-da da yekunlaşacaq. Məsələ ondadır ki, İspaniya Basketbol Liqasının rəhbərliyi 12 komandanı bir şəhərə toplayıb çempionatı başa çatdırmaq niyyətindədir. İndiki məqamda Valensiya belə məsuliyyəti üzərinə götürməyə hazırdır.
Xatırladaq ki, İspaniya höküməti iyunun 8-dən ölkədə idman tədbirləri keçirməyə icazə verib.

CANLI YAYIM