SSKA Kostas Slukası transfer etmək istəyir

25 May, 12:07 Sosial mediada paylaşın:
SSKA “Fənərbağça”nın basketbolçusu Kostas Slukası transfer etmək istəyir.
Avropa mətbuatının məlumatına görə, İstanbul klubu ilə 2022-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, yunan müdafiəçi qarşılıqlı razılıq əsasında yayda Türkiyəni tərk edə bilər. Belə ki, İstanbul klubu hazırda maliyyə problemləri yaşadığından mövsümün sonunda bəzi oyunçuları ilə vidalaşa bilər. Amma Slukasla SSKA ilə yanaşı, “Real” və “Olimpiakos” da maraqlanır.
Yeri gəlmişkən, bir neçə gün əvvəl “Olimpiakos”un mərkəz oyunçusu Nikolo Milutinovun da Moskva klubuna keçmək ehtimalı haqda xəbərlər yayılmışdı.

CANLI YAYIM