"Maklaren" pilotlara fərq qoymayacaq

25 May, 12:17 Sosial mediada paylaşın:
“Maklaren”in rəhbəri Andreas Zaydl komandanın pilotlarına fərq qoymayacaqlarını bildirib.
Onun fikrincə, Karlos Saynsın “Ferrari”yə gedişindən sonra Daniel Rikkardo ilə anlaşmaları “Maklaren”in strategiyasına təsir etməyəcək: “Mən burada rəhbər kimi fəaliyyət göstərdiyim müddətdə komandamızda 1 nömrəli pilot anlayışı olmayacaq. Bizə digər rəqiblərlə bərabər şəraitdə mübarizə aparan pilotlar lazımdır. Ötən il Karlos Saynsla Lando Norris eyni statusda rəqabət aparmışdı. Daniel Rikkardo ilə Lando Norris bir-birinə layiqli rəqib olacaq”.

CANLI YAYIM