Massa Şumaxerin vəziyyətindən xəbərdar olsa da...

25 May, 12:31 Sosial mediada paylaşın:
“Ferrari”nin sabiq üzvü Felipe Massa Mixael Şumaxerin səhhətindən xəbərdar olduğunu, amma bu barədə heç bir məlumat verə bilməyəcəyini söyləyib.
Məsələ ondadır ki, 7 qat dünya çempionunun ailəsi onun səhhəti ilə bağlı məlumatın mətbuata sızdırılmasını qadağan edib. Amma braziliyalı sabiq pilot dolayı yolla Şumaxerin vəziyyətinin heç də yaxşı olmadığını və indiki məqamda onun nə vaxtsa tam sağalacağına ümid etmədiyini deyib. Massa Mixaelin oğlu Mikin pilot kimi püxtələşməsində atasına ehtiyac duyduğunu da sbildirib.
Xatırladaq ki, Şumaxer 2013-cü ildə xizəklə sürüşərkən başından ağır xəsarət alıb.O, hələ də müalicə olunur.

CANLI YAYIM