Bartomeu: "Bu bizim son 20 ildə qəbul etdiyimiz ən ağır qərar oldu"

26 May, 10:10 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqa rəhbərliyi gözlənilən qərarı verib. Pandemiyaya görə yarımçıq dayandırlan çempionat bərpa edilməyəcək. Bu barədə artıqrəsmi məlumat yayılıb.
Əslində Avroliqada mövsümün ləğvi gözlənilirdi. Düzdür, qurum rəhbərliyi bir ay əvvəl çempionatın bərpasına marağı olsa da, klub funksionerləri və basketbolçular narazılığını bildirirdi. Bu günlərdəSSKA-nın həkimi Roman Abjelilovun koronavirusa yoluxaraq vəfat etməsi vəziyyəti daha da çətinləşdirdi. Nəticədə Avroliqa rəhbərliyi turniri birdəfəlik dayandırmağa məcbur olub. Bu qərar həmçinin Avrokubok yarışına şamil olunub. Üstəlikhər iki turnirin çempionu da elan edilməyib. Əslində bu qərarın qəbul olunmasında Avroliqa klublarının böyük təsiri olub. Belə ki, 18 klubun hərəsindən bir rəhbər işçi və 1 oyunçunun iştirak etdiyi sorğuda böyük əksəriyyət turnirin dayandırılmasını istəyib.Avroliqanın prezidenti Jordi Bartomeu mövsümün ləğvi ilə bağlı rəyini bildirərkən bu qərarın çətinliklə qəbul edildiyini söyləyib: “Bu bizim son 20 ildə qəbul etdiyimiz ən ağır qərar oldu. Biz son dərəcə maraqlı keçən mövsümü məcburən dayandırmalı olduq. Buna görə çox üzgünük. Amma Avroliqanın səviyyəsinin yüksəlməsi enerjimizi daha da artıracaq. 2020/21 mövsümünü daha mükəmməl keçirəcəyik. İndiki məqamda insanların sağlamlığının qayğısına qalmalı idik”.. Əlavə edək ki, Avrokubokda növbəti mövsüm sentyabrın 30-da, Avroliqada isə oktyabrın 1-də başlanacaq.

CANLI YAYIM