Stiven Monroz "Neftçi"dən gedə bilər

26 May, 12:37 Sosial mediada paylaşın:
"Neftçi" Tural Axundovla yeni müqavilə imzalayacaq. Tərəflər arasında ilkin danışıq olub və razılıq əldə olunub. Qeyd edək ki, Turalın "Neftçi" ilə müqaviləsi iyunda başa çatır. 
Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz isə hazırkı klubundan ayrıla bilər. Fransalı hücumçu maaşının artırılması tələbiylə çıxış edib. Klubla hələ 1 illik müqaviləsinin olmasəına rəğmən Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təkliflər gəlib. Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib. 
Monrozun sabiq komandası "Qəbələ"dən söz düşmüşkən, növbəti mövsüm üçün qapıçı transfer etməyəcək. Əyalət təmsilçisi hazırkı qapıçısı Anar Nəzirova yeni müqavilə təklif edib. Qapıçı da təklifilə razılaşıb.Mo İyunda tərəflər arasında 1 illik yeni müqavilə bağlayacaq. 

CANLI YAYIM