İbrahimoviç və Feliks zədələnib

26 May, 12:45 Sosial mediada paylaşın:
İspaniya və İtaliyada futbol mövsümünün bəprası ərəfəsində bəzi aparıcı klublar itkilərlə üzləşib. “Milan”ın ulduz futbolçusu Zlatan İbrahimoviç məşq zamanı zədələnib. “Atletiko”nun hücumçusu da eyni aqibətlə üzləşib.   
  “Milan”ın isveçli futbolçusu Zlatan İbrahimoviç uzun müddət yaşıl meydanlardan kənarda qala bilər. Forvard komandasının son məşqlərindən birində zədələnib.  Topuğunda güclü ağrı hiss edən 38 yaşlı futbolçu məşqi dayandıraraq meydanı tərk edib.  Həkimlərin ilkin rəyinə görə, İbrahimoviçin zədəsinin sağalması üçün müəyyən vaxt lazım olacaq. Klubdan ətraflı müayinədən sonra Zlatanın vəziyyəti ilə dəqiq açıqlama veriləcəyi bildirilib.  Qeyd edək ki, bu mövsüm “Milan”ın heyətində 10 oyuna çıxan İbrahimoviç 4 qol vurub.    
“Atletiko”nun futbolçusu Joau Feliks də sıradan çıxıb. Portuqaliyalı futbolçu məşq zamanı zələnib. Navarradakı klinikalardan birində  tibbi müayinədən keçən 20 yaşlı hücumçunun sol dizində problemlər aşkarlanıb. Feliksin  bərpa müddəti barədə ətraflı məlumat verilməsə də,  onun mövsüm bərpa olunacağı halda bir müddət komandasına kömək edə bilməyəcəyi deyilir.  Joau Feliksin bu mövsüm La Liqada 20 matçda 4  dəfə rəqib qapılarına yol tapdığını da qeyd edək.  

CANLI YAYIM