Nazarov sosial məsafəni pozmasının səbəbini açıqlayıb

26 May, 12:53 Sosial mediada paylaşın:
Almaniyada futbol mövsümü bərpa olunduqdan sonra oyunçulara bütün mümkün hallarda sosial məsafəni qorumaq təlimatı verilmişdi. Amma millimizin üzvü, 2-ci Bundesliqada AUE klubunun şərəfini qoruyan Dmitri Nazarov 27-ci turda “Nürnberq”lə oyunda fərqləndikdən sonra bu qaydanı pozdu. O, sevincini texniki zonadakı klub nümayəndələrindən biri ilə bölüşüb.
Millimizin yarımmüdafiəçisi açıqlama verərək klub avtobusunun sürücüsü olan Tomas Romeykeni səbəbsiz yerə qucaqlamadığını söyləyib. Futbolçumuz Nürnberqə səfər zamanı Romeykenin sayıqlığı sayəsində oyunçuların ciddi qəzadan xilas olduqlarını bildirib. Dmitri Nazarov ümid edir ki, məhz bu amil nəzərə alınaraq onun hərəkətlərinə bəraət qazandırılacaq. Futbolçumuza sanksiyanın tətbiq olunub-olunmayacağı məlum deyil. Hələ ki, çempionatın heç bir nümayəndəsi bununla bağlı rəsmi açıqlama verməyib.

CANLI YAYIM