"Jalgiris" büdcəsini azaldır

27 May, 12:18 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqa və Avrokubok yarışlarının ləğv olunması komandalara maliyyə cəhətdən pis təsir göstərib. Artıq bəzi klublar büdcələrinə əl gəzdirməyi, bəziləri isə ümumiyyətlə turniri tərk etməyi qərarlaşıb.
“Jalgiris”in baş məşqçisi Şarunas Yasikyaviçyus gələn il də klubda fəaliyyətini davam etdirəcək. Litvalı mütəxəssisin müqavilə müddəti növbəti mövsümün sonunda başa çatır və kaunaslılar onunla əməkdaşlığı dayandırmaq fikrində deyil. Bununla belə, “Jalgiris”i ciddi islahatlar gözləyir. Litva mətbuatının yazdığına görə komandanın büdcəsi30 faizi azaldılacaq. Heyət üzvlərindən Tomas Uokap, Lukas Lekyaviçyus, Marius Qreqonis, Arturas Milaknis və daha bir neçə aparıcı oyunçunun Kaunasdan ayrılacağı gözlənilir.
Avroliqanın prezidenti Jordi Bartomeu isə bəzi klubların Avrokubok yarışından çıxıb FİBA-nın keçirdiyi Çempionlar Liqasına keçməsinə münasibət bildirib. Onun fikrincə, belə klublar Avropa basketbolunun elitasında oynamağa marağı yoxudr: “Biz əvvəllər də belə halların şahidi olmuşuq. Bizdən bəzi klublar ÇL-ə üz tutduqları kimi, qarşı tərəfdən bizim düşərgəmizə təşrif buyuranlar da var. Bu, qətiyyən məni narahat etmir. Biz hamının qərarına hörmətlə yanaşmalıyıq. Amma Avrokubok yarışında oynamaq istəməyn klub qitə basketbolunun elitasında olmağa da layiq deyil. Ümumiyyətlə, rəhbərlik etdiyim qurum Avrokubok klubları ilə uzunmüddətli müqavilə imzalamaqda maraqlı deyil. Amma FİBA pul müqabilində hər şeyə əl atır”.

CANLI YAYIM