"Reno" rusiyalı milyarderin himayəsinə keçə bilər

27 May, 12:24 Sosial mediada paylaşın:
Pandemiya digər növlər kimi avtoidmana da ciddi zərbə vurub. Maliyyə böhranı nəinki Formula 1 komandalarının səhnədən çəkilməsinə, hətta avtokonsernlərin müflisləşməsinə də səbəb ola bilər. “Reno” rusiyalı milyarder Dmitri Mazepinin himayəsinə keçə bilər.
Bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Mənbənin yazır ki, koronavirus pandemiyasına görə maliyyə böhranı ilə üzləşən komanda, ümumiyyətlə, fəaliyyətini dayandıra bilər. Hətta Fransanın İqtisadiyyat naziri bu avtokonsernin bağlanmasını da istisna etməyib. “Reno”nu xilas etmək üçün isə ona 5 milyard avro kredit ayrılmalıdır. Xatırladaq ki, bir müddət əvvəl Mazepin “Fors İndia” komandasını almaq istəmişdi, amma onu kanadalı biznesmen Lourens Stroll qabaqlamışdı. Əlavə edək ki, Nikolay Mazepinin oğlu Nikita Formula 2-də yarışır.
Yeri gəlmişkən, “Maklaren” də hazırda maliyyə böhranı ilə üz-üzədir. “Sky Sports”un məlumatına görə, avtoşirkət 1200 işçisi ilə əməkdaşlığı dayandıracaq.Onların arasında “Formula 1” komandasının üzvləri də var. “Maklaren” şirkətinin direktorlar şurasının üzvü Pol Uolş məlumatı təsdiqləyərək artıq belə bir addım atmağa məcbur olduqlarını söyləyib. Amma bütün bu proseslər hələ ki, maliyyə problemi ilə üzləşən komandaların Formula 1 perspektivinə təsir etmir. Belə ki, bir neçə gün əvvəl “Reno”nun avstraliyalı pilotu Daniel Rikkardonun növbəti mövsümdən “Maklaren”də çıxış edəcəyi məlum olub.

CANLI YAYIM