"Panatinaikos"un basketbolçusu "Barselona" ilə anlaşıb

29 May, 10:12 Sosial mediada paylaşın:
Nik Kalates növbəti mövsümdə karyerasını “Barselona”da davam etdirəcək.
Yunanıstan mətbuatının məlumatına görə, “Panatinaikos”un oyun qurucusu Kataloniya klubu ilə 5,5 milyon avro qarşılığında 3 illik müqavilə şərtlərinə razılaşıb. Kalates daha 1 il Afina klubunda qalmağa borclu olsa da, maliyyə böhranı nəticəsində yunanlar sözləşməyə xitam verməli olub.
Xəbərdə həmçinin bildirilir ki, büdcəsi azaldılan “Panatinaikos”da analoji halın davam edəcəyi ehtimalı böyükdür.

CANLI YAYIM