Toto Volf "Mersedes"in rəhbəri vəzifəsindən istefa verə bilər

29 May, 10:25 Sosial mediada paylaşın:
Toto Volf mövsümün sonunda “Mersedes”in rəhbəri vəzifəsindən ayrıla bilər.
Almaniya mətbuatı yazır ki, avtoidman funksioneri mərhum Niki Lauda kimi komandanın qeyri rəsmi direktoru vəzifəsində çalışacaq və klubun 30 faiz səhmlərindən imtina etməyəcək. Yaxın gələcəkdə “Mersedes”in Lourens Strollun himayəsinə keçməsi ehtimalı var. Bu halda isə bir neçə ay öncə “Aston Martin”in səhmlərinə sahib çıxan kanadalı biznesmenin fəaliyyəti “Daymler”in nəzarətinə keçəcək. Yəni, “Mersedes”in himayədarı “Daymler” həm də “Aston Martin”ə nəzarət edəcək.

CANLI YAYIM