Rikkardo "Maklaren"dən əvvəl "Ferrari" ilə danışıq aparıb

29 May, 10:32 Sosial mediada paylaşın:
Daniel Rikkardo “Maklaren”lə razılığa gəlməzdən öncə “Ferrari” ilə danışıqlar apardığını təsdiqləyib.
Amma “Reno” pilotu italyanlarla anlaşa bilməməsinin səbəbini anlamadığını vurğulayıb, - sitat: ”Ferrari” ilə danışıqlar uzun sürdü. Bunu inkar etmirəm, lakin bu keçid baş tutmayacaq. Danışıqların isə niyə müsbət yekunlaşmadığı mənə təəccüblü gəldi. Əksəriyyətin fikrincə, “Ferrari”yə çox yaxşı uyğunlaşardım. İstənilən halda, psixioloji tələyə düşmək istəmirəm. Sayns bu komandaya uyğun pilotdur, ancaq niyə məni buna layiq görmədilər, bilmirəm”

CANLI YAYIM