Mayk Tayson daha bir təklif alıb

30 May, 11:41 Sosial mediada paylaşın:
Son günlər Mayk Taysonun yenidən rinqə çıxacağı əsas müzakirə mövzusudur. Onun öz həmvətəni, sabiq dünya çempionu Evander Holifildlə 3-cü dəfə qarşılaşacağı güman edilir. Amma ehtimallara görə, “Dəmir Mayk”ın rəqibi başqa boksçular da ola bilər.
Ən ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson karyerasını bərpa etmək üçün yeni təkliflər almaqdadır. Belə ki, bu günlərdə ABŞ-ın “Boston Boxing Promotions” kompaniyası əfsanəvi boksçuya Piter Maknilli ilə görüşmək üçün 1,1 milyon dollar təklif edib. ABŞ mətbuatının məlumatına görə, Tayson razılaşsa, görüş Maknillinin doğma ştatı Massaçusetsdə keçiriləcək.
Qeyd edək ki, o, karyerasını 2001-ci ildə başa vurub.Taysonla Maknilli rinqdə bir dəfə üz-üzə gəlib. “Dəmir Mayk” həbsxanadan çıxandan sonra ilk görüşünü 1995-ci ilin avqustunda məhz Piterə qarşı keçirmişdi. Həmin döyüşdə Tayson rəqibini elə birinci raundun 2-ci dəqiqəsində nokaut vəziyyətinə salmışdı. Daha doğrusu,Maknilli bu müddət ərzində iki dəfə nokdauna düşdüyünə görə onun məşqçisi rinqə daxil olaraq görüşü dayandırmışdı. Maraqlıdır ki, bu yaxınlarda mətbuata açıqlamasında Piter Maknilli Taysonla yenə qarşılaşacağı halda azarkeşlərin bu dəfə tam fərqli döyüş izləyəcəyini söyləyib.

CANLI YAYIM