AFFA-nın təşəbbüsü ilə premyer liqanın bərpası müzakirə olunacaq

30 May, 11:50 Sosial mediada paylaşın:
Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Saat 12:00-da başlayacaq iclasa AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri qatılacaq.Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.
Qeyd edək ki, iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.

CANLI YAYIM