Avropa Formula 1-i qəbul etməyə hazırlaşır

31 May, 11:46 Sosial mediada paylaşın:
Yaxın günlərdə Formula 1-in Avropa mərhələsinin təqvimi açıqlanacaq.
Nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, Formula 1 rəhbərliyi bu mövsüm 15-18 Qran-pri təşkil etmək istəyir. İndiki məqamda Fransa, Monako, Avstraliya və Niderland Qran-prilərinin keçirilməyəcəyi dəqiqdir. Plana əsasən, iyulun 5 və 12-də Avstriyada ardıcıl 2 yarış təşkil olunacaq. Daha iki yarış İngiltərədə keçirilməlidir.Lakin ölkəyə daxil olanlar karantinə götürüləcəyinə görə, Silverstoun Qran-priyə yalnız avqustda hazır olacaq.

CANLI YAYIM