Azərbaycan premyer liqası iyunun 21-dən bərpa ediləcək

31 May, 15:46 Sosial mediada paylaşın:
Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.Elxan Məmmədov iclası açaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar futbol ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, habelə 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası
2. Premyer Liqa klublarının futbolçu və məşqçi heyətinin həftəlik olaraq “COVID-19” testinə cəlb olunması 3. Premyer Liqa və Kubok oyunlarının bərpası ilə bağlı oyun təqviminin müzakirəsi
4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə atılacaq növbəti addımlar
5. “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunmasının müzakirəsi
6. Digər məsələlər

CANLI YAYIM