La Liqanın qarşıdakı iki turunun təqvimi məlumdur

1 İyun, 11:34 Sosial mediada paylaşın:
İspaniyada La Liqa və sequndanın qarşıdakı 2 turunun təqvimi açıqlanıb.
Çempionatda mövsüm Sevilya derbisi ilə başlanacaq. İyunun 11-də Sevilyanın "Roman Sançes Pisxuan" areanasında şəhərin eyni adlı komandası "Betis"lə üz-üzə gələcək. 1 gün sonra üçün 2 oyun nəzərdə tutulub: "Qranada" – "Xetafe" və "Valensiya" -  "Levante". Şənbə günü "Espanyol" – "Alaves", "Selta" - "Vilyarreal" , "Leqanes" – "Valyadolid" qarşılaşmaları olacaq. Günün son matçında "Malyorka" lider "Barselona"nı qəbul edəcək. 28-ci tura tura iyunun 14-də keçiriləcək 3 görüşlə yekun vurulacaq. Əsas diqqət çəkən matç Bilbaoda olacaq. Yerli "Atletik" Madridin "Atletiko" komandasını qəbul edəcək. "Real" isə "Santyaqo Bernabeu"da "Eybar"la üz-üzə gələcək. Son matç "Real Sosyedad"a – "Osasuna" qarşılaşmasıdır.
Xatrladaq ki, 27 turdan sonra "Barselona" 58 xalla turnir cədvəlinə başçılıq edir. "Real" əzəli rəqibindən 2 xal geri qalır.

CANLI YAYIM