AFFA İcraiyyə Komitəsi vacib qərarlar qəbul edib

2 İyun, 11:40 Sosial mediada paylaşın:
Koronavirus pansdemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə ölkə çempionatının bərpa edilməsi dəqiqləşəndən sonra AFFA İcraiyyə Komitəsi də çempionatın iyunun 21-də bərpa olunacağını təsdiqləyib.
Qurum bundan başqa mövsümlə bağlı bir neçı vacib qərar qəbul edib. Videokonfrans şəklində aparılan müzakirələrdən sonra Birinci divizion yarışlarının davam etdirilməməsi qərara alınıb. Bu yarışda lider olan “Turan Tovuz” qalib elan edilib. Eyni qərar Gənclər Liqası ilə də bağlı verilib. Burada isə “Qəbələ”nin U-19 komandası çempion elan olunub. Bundan başqa FİFA-nın tətbiq etdiyi qaydalara uyğun olaraq Premyer Liqa oyunlarında 5 əvəzetmənin ediləcəyi təsdiqlənib.
Həmçinin ölkə çempionatının oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyətlərinin yenidən korovirus testindən keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.

CANLI YAYIM