A seriyasının qalan hissəsinin təqvimi açıqlanıb

2 İyun, 12:15 Sosial mediada paylaşın:
İtaliya çempionatında mövsümün qalan hissəsinin taleyinə aydınlıq gəlib. A Seriyasının davamının təqvimi açıqlanıb. Mövsümə təxirə salınan “Toriono” – “Parma” görüşü ilə start veriləcək.
İtaliya A Seriyasında mövsümün qalan hissəsinin təqvimi açıqlanıb. Liqanın rəsmi saytının məlumatına görə ilk iki oyun iyunun 20-də keçiriləcək. Bu, 25-ci turdan təxirə salınan “Toriona” – “Parma” və “Verona” – “Kalyari” qarşılaşmasıdır. Növbəti gün 26-cı turda təxirə gedən “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” görüşləri təşkil olunacaq. Bu addım bütün klubların bərabər sayda - hərəyə 26 matç keçirməsi üçündür. 27-ci tur isə iyunun 22-dən 24-dək davam edəcək. Çempionata avqustun 2-də yekun vurulacaq.
Qeyd edək ki, A Seriyası pandemiya dövrünə görə martın 9-dan dayandırılıb.

CANLI YAYIM