Luici Datome "Fənərbağça"nı "Milan"a dəyişir

29 İyun, 15:00 Sosial mediada paylaşın:
“Fənərbağça”nın basketbol şöbəsinin büdcəsini azaltmasından sonra komandanın liderlərinin də gedəcəyi gözlənilirdi. Baş məşqçi Jelko Obradoviçin klubla müqavilə müddətini yeniləməməsindən sonra növbə artıq basketbolçulara çatıb.
Ötən həftə baş məşqçi Jelko Obradoviçlə vidalaşan “Fənərbağça”  artıq aparıcı basketbolçularını da itirmək üzrədir. Bir neçə həftə əvvəl Türkiyə mətbuatı klubun basketbol  şöbəsinin büdcəsinin azaldılacağını yazanda komandanın belə bir çətin vəziyyətə düşəcəyini proqnozlaşdırmaq olardı. Artıq bunun nəticəsi görünmədədir. İtaliya mətbuatının məlumatına görə, yaxın günlərdə klubun iki aparıcı basketbolçusu - Luici Datome və Kostas Slukas İstanbulu tərk edəcək. Hətta “La Gazetta dello Sport” hər iki basketbolçunun “Milan”a keçəcəyini yazıb. Slukasla “Milan” rəhbərliyi arasında hazırda danışıqlar gedirsə, Datome artıq Lombardiya klubu ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb.
Xatırladaq ki, Luici 2015-ci ildən “Fənərbağça”nın heyətində çıxış edir. İtaliyalı basketbolçu ölkəsinin “Montepaski Syena”, “Skafati” və “Virtus Roma” komandalarında çıxış edib. Daha sonra o, MBA-da “Detroyt” və “Boston” klublarının şərəfini qoruyub.

CANLI YAYIM