Məqsəd İsayevlə Cavid İmamverdiyev “Sabah”ı tərk etdi

30 İyun, 11:00 Sosial mediada paylaşın:
   Daha 2 futbolçu “Sabah”dan ayrılıb.
Bunlar müdafiəçi Məqsəd İsayev və yarımmüdafiəçi Cavid İmamverdiyevdir.  Müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevin sözləşməsi uzadılmayıb. İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə 42 oyun keçirib, 1 qol vurub. Cavid İmamverdiyevlə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.  
Artıq 30 yaşlı yarımmüdafiçinin yeni klubu da bəllidir. O, karyerasını “Keşlə”də davam etdirəcək. Ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt klubu İmamverdiyevlə 1 illik müqavilə bağlayıb.

CANLI YAYIM