Novak Cokoviç ikinci dəfə testdən keçməkdən imtina edib

1 İyul, 13:05 Sosial mediada paylaşın:
 Koronavirusa yoluxduqdan sonra müalicə olunan Novak Cokoviçin hazırda sağlamlıq durumu haqda heç bir məlumat yoxdur. Buna serbiyalı tennisçinin təkrar testdən keçməkdən imtina etməsi səbəb olub.
Əslində, Novakda koronavirus aşkarlanandan sonra o, 5 gündən sonra yenidən testdən keçəcəyinə söz vermişdi. Amma həyat yoldaşı ilə birgə özünü cəmiyyətdən təcrid edən Novak bu addımı atmaqdan imtina edib. Serbiya mətbuatına görə, Cokoviç səhhətində problemlər yaşadığına görə təkrar testdən keçməkdən imtina edib. O, tam sağaldıqdan sonra tibbi baxışdan keçməyi planlaşdırır.  Yeri gəlmişkən, Xorvatiyanın Zadar şəhərində turnir təşkil etdiyinə görə Novakı tənqid edənlər iradlarını bildirməkdə davam edirlər. Yarışda  gigiyenik qaydalara əməl edilməməsi və tribunalara azarkeşlərin buraxılmasına görə Cokoviç günahlandırır. Məsələn, sabiq isveçrəli tennisçi Marko Rosset Novakı ATP Oyunçuları Şurasının rəhbərliyindən  istefa verməyə çağırıb. Onun fikrincə, belə vəzifəyə məsul olan şəxsin səhvindən sonra prezident olmağa haqqı yoxdur.   
1990-cı ildə “Rolan Qarros” turnirinin qalibi olan Anxel Qomes də tənqid edənlər arasındadır. O, ATP-ni karantin qaydalarını pozan tennisçiləri sərt şəkildə cəzalandırmağa səsləyib. 

CANLI YAYIM