MXL üzvləri mövsümün bərpasını istəmir

2 İyul, 14:15 Sosial mediada paylaşın:
MXL- də çıxış edən xokkeyçilər mövsümün bərpa edilməsinin əleyhindədir.
Belə ki, kanadalı xokkey şərhçisi Erik Engels mətbuata açıqlamasında vəziyyətin ürəkaçan  olmadığını deyib. O, liqanın aparıcı oyunçuları ilə söhbətəşdiyini və onların meydana çıxmağa hazır olmadığını bildirib.Engelsin sözlərinə görə,  münasibətdə olduğu xokkeyçilərin 75 faizi mövsümün bərpa edilməsinin əleyhinədir. Kanadalı şərhçi ümumiyyətlə liqa  rəhbərliyinin konkret addım ata bilməməsinə görə də narahatlıq yarandığını bildirib. Bunun özü də  xokkeyçilərin ürəyincə deyil. Onlar elə düşünür ki, MXL rəhbərliyi bərpayla bağlı tərəddüd edirsə, deməli Amerika Birləşmiş Ştatlarında  və Kanadada vəziyyət çox acınacaqlıdır.Yəni onlar meydana çıxacağı halda virusa yoluxacaqlarından qorxur.  
Xokkeyçilər uzun fasilədən sonra oynayacaqları halda zədə riskinin artacağından da narahatdırlar.  

CANLI YAYIM